Category: <span>Məqalələr</span>

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna əsasən, gələcəkdə depressiya əmək qabiliyyətinin pozulmasının əsas səbəblərindən biri olacaq və say etibarilə onkoloji xəstəlikləri üstələyəcək. Depressiv vəziyyətin diaqnostikasının özəllikləri depressiyanın növünü müəyyən etmək üçün vacibdir: endogen depressiya və ya reaktiv depressiya.

  1. Endogen depressiya beyinin neyromeditor prosesinin pozulması ilə üzə çıxan xəstəlikdir və uzun müddətli antidepressant və digər psixotrop dərmanlarla müalicə tələb edir. Bu dərmanları isə psixiatr təyin edir.
  2. Reaktiv depressiya isə nevroloji pozuntulara aiddir və ağır stress, şəxslərarası münaqişə və ya ailə problemlərinin nəticəsində yaranır. Reaktiv depressiyanın müalicəsində əsas rolu psixoterapiya oynayır, buna əlavə olaraq isə antidepressant dərmanlar da təyin edilə bilər.

Depressiv pozuntuların əsas əlamətləri aşağıdakılardır:

  1. Əhval-ruhiyyənin aşağı olması, müsbət emosiyaların olmaması, baş verənlərə etinasızlıq, darıxma hissi;
  2. Həyatın anlamını itirmə hissi, pessimizm;
  3. Məmnun qalma hissini itirmə, iştahsızlıq;
  4. Cinsi istək hissini itirmək;
  5. Yuxu pozuntusu;
  6. Yorunluq hissi, diqqətsizliyin artması

Depressiyanın müalicə üsuluna daxil olan mərhələdə endogen və ya reaktiv xarakterə malik olması patopsixoloji müayinə və əlavə müayinələrlə müəyyən edilir, eyni zamanda terapevtik mərhələdə müxtəlif psixoterapevtik müayinələr aparılır və dərman terapiyası seçilir. Müalicə 3 ay, və ya 12 seans davam edir.

Müalicə başa çatdıqdan sonra pasientə dəstəkləyici terapiya məsləhət göprülür, emosional vəziyyəti nizamlama üsulları öyrədilir və özünühipnoz üsulları tədris edilir.

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.

Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Limonun tərkibi: Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır. Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.

Limonun immunitetə faydası
İki xörək qaşığı limon turşusunun tərkibində insanın sutkalıq C vitamini norması var. Hamı bilir ki, C vitamini orqanizmin müdafiə funksiyaları üçün vacibdir.

Limonun faydalı təsirləri:

  • Bu yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır;
  • Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır;
  • Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;
  • Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır;
  • Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır;
  • Dırnaqları ağardır və möhkəmləndirir;
  • Qanın dövrünü və tərkibini yaxşılaşdırır;
  • Saçların sağlamlaşdırılmasına kömək edir;
  • Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmaların qarşısını alır;
  • Qan damarlarını xolesterindən təmizləyir;
  • Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.

Limonun ziyanı
Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəiyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür. Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:

  • Mədəaltı vəzin fəaliyyətinin pozulması;
  • Mədə xorası və onikibarmaq bağırsağın xəstəliyi;
  • Enterit, kolit və kəskin qastroenterokolit.

Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə dadlı yağ verir. Zeytunun faydaları nələrdir? Zeytunla yağlı zeytunun fərqi nədir?

Əslində zeytunla yağlı zeytun eyni meyvədir, sadəcə dərilmə vaxtı fərqlidir.
Uzunömürlü olan bir zeytun ağacından 15-50 kq-a qədər məhsul əldə etmək olar. 1 litr zeytun yağı isə 5 kilo zeytundan alınır. Çiy zeytunun dadı acıdır, buna görə də onları müxtəlif üsullarla marinadlaşdırırlar və sonradan süfrəyə təqdi edirlər. Yağ əldə etmək və zeytun şorabası qoymaq sadə iş deyil, uzunmüddətli və əziyyətli işdir. Bu səbəbdən də bu məhsulların qiyməti o qədər də ucuz deyil. Zeytun yağından istifadə etmək qanı təmizləyir, immuniteti artırır, damarlar və ürək daha möhkəm və dözümlü olur. Zeytun yağı həzmə və dərinin vəziyyətinə də müsbət təsir edir. Zeytun ağacının meyvələri də çox faydalıdır. Onun tərkibi vitamin və minerallarla zəngindir: zülallar, C, E və B vitaminləri, pektin, fosfor, kalimum və dəmir var. Yadda saxlamaq lazımdır ki, konservləşdirilmiş və duza qoyulmuş zeytunu çox qəbul etmək olmaz. Pektinlər orqanizmə toksinlərdən azad olmağa kömək edir. Bu səbəbdən ekoloji cəhətdən təmiz olmayan bütün regionlarda yaşayan insanlara faydalıdır. Zülalın faydası barədə çox yazılıb, bu, əzələ üçün çox faydalıdır.

Zeytunun tərkibində olan vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, eyni zamanda sağlam gümrahlıq verir, enerji əlavə edir. Zeytunun tərkibində olan C və E vitaminləri antioksidant sayılır,  onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə edilir. Zeytunun tərkibində olan minerallar isə ürək və damarlara tonusda olmağa kömək edir, eyni zamanda qanın tərkibində hemoqlabinin miqdarını artırır.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …