Mauglin

Omeqa 3-lə kombinə olunmuş vitamin mineral kompleksi

TƏRKİBİ:
Omeqa 3 (DHA – 250 mq, EPA – 50 mq) 300 mq
Fol turşusu ( vitamin B9) 250 mkq
Vitamin B1 1,1 mq
Vitamin B2 1,4 mq
Vitamin B6 1,4 mq
Vitamin B12 9 mkq
Vitamin Е 40 mq
Vitamin С 120 mq
Biotin (vitamin H) 75 mkq
Selen 81 mkq
Sink  25 mq
Yod 150 mkq
Kalium 100 mq

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Reproduktiv sağlamlığı təmin edir, sonsuzluq kimi əlaməti aradan qaldıraraq insanı normal həyata bağlayır. Orqanizmdə avitaminozu aradan qaldırır. Makro və mikro elementlərə olan təlabatını ödəyir. Səbəbsiz baş ağrılarını aradan qaldırır, sinir sisteminin patologiyalarına effektiv şəkildə təsir göstərir. İmmun sistemin müqavimətini artiraraq orqanizmi bir çox xəstəliklərdən qoruyur.
Omeqa-3 – doymamış yağ turşularının dokosaheksayen (DHT) və eikosapentayen turşusunun (EPT) kombinasiyasıdır. Güclü antioksidant, iltihabəleyhinə, regenerasiyaedici və hipoqliserimik təsirlərə malikdir. ASLP və OSLP miqdarını tənzimləməklə onların hüceyrə membranına zədələyici təsirlərinin qarşısını almaqla yanaşı, hüceyrə membranının struktur elementlərinin sintezini stimulə edərək onların sürətli regenerasiyasını təmin edir. Essensial yağ turşularının  biosintezini sürətləndirməklə Prostaqlandin E2-nin sintezini aktivləşdirərək, güclü iltihab əleyhinə təsir göstərir. Tərkibindəki doymamış yag turşularının təsiri ilə lipid mübadiləsini tənzimləməklə aterosklerozun yaranma riskini azaldır.
Fol turşusu (vitamin B9) dəmir defisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Eyni zamanda, fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu immun sistemini gücləndirir, ağ qan hüceyrələrinin yaranmasını və funksionallığını artırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasınıda vacib rola malikdir.
Vitamin B1 (tiamin) – karbohidrat, enerji, yağ, zülal və su-duz mübadiləsində iştirak edir,sinir sisteminin fəaliyyətinə tənzimləyici təsir göstərir. Bu vitaminin orqanizmdə çatışmazlığı zamanı süd və sirkə turşusu əzələ toxumasında toplanır, bu zaman asetilxolin sintezi pozulur, nəticədə sinir, ürək-damar və həzm sisteminin funksiyası pozulur.Tiamin əqli qabiliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırdığına görə, beyinin işini (fəaliyyətini) optimallaşdırır.
Vitamin B2 (riboflavin) katexolaminləri inaktivləşdirən monoaminoksidazaların aktiv mərkəzinə daxil olmaqla simpatik mediatorların fəaliyyətini zəiflədir. Sinir-əzələ reflekslərini normallaşdırır. Həmçinin, eritrositlərin oksidləşdirirci fermentlərdən mühafizə edən qlutation reduktaza fermentinin aktiv mərkəzinə daxil olmaqla toxumalara oksigenin daşınmasında iştirak edir.
Vitamin B6 (piridoksin) əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmuniteti gücləndirir. Amin-transferaza fermentinin kofermentidir. Qlutamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir.
Vitamin B12 (sianokobalamin) eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin,Vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.
Vitamin E (tokoferol) – Vitamin E orqanizmdə oksidləşmə reduksiya reaksiyalarını zəiflətməsi hesabına sərbəst radikalların miqdarını azaldaraq antioksidant təsir göstərir. Tokoferol zülalların sintezində iştirak etməsi hesabına hüceyrələrin oksigenlə təchizatını təmin edərək toxuma tənəffüsündə iştirak  edir. Hüceyrəarası sahədə kollagen və elastiki liflərin sintezini stimulə etməklə hüceyrəvi proteksiyanı və toxuma proliferasiyasını həyata keçirir. Damar divarının tonusunu və keçiriciliyini normallaşdırır, angioprotektiv təsir göstərir. Qanı  durulaşdırmaqla və laxtalanmanın qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Tokoferol bir sıra reproduktiv proseslərin normal gedişatını təmin edir. Mayalanmanın baş tutması, cinsiyyət sisteminin formalaşması və cinsi funksiyanın yerinə yetirilməsində başlıca rol oynayır. Vitamin E-nin avitaminozu zamanı kişilərdə cinsi funksiyaların aşağı düşməsi, spermatogenezin pozulması, qadınlarda isə menstruasiya tsiklinin pozulması və hamiləlik zamanı düşüklərə meyilliyin artması müşahidə olunur.
Vitamin C (askorbin turşusu)- metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir. Orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
Selen – 200-ə yaxın ferment və hormonun tərkibinə daxil olmaqla bir çox həyati vacib proseslərin  yerinə yetirilməsində eləcədə orqanizmin enerji ilə təmin edilməsində  mühüm rola malikdir. Qlutationperoksidaza fermentinin əsas tərkib komponentlərindən olub, sintezini stimulə edir və orqanizmin antioksidant müdafiəsini təşkil edir. İmmun sistemi formalaşdıran hormonların, tiroid və  cinsi hormonların sintezində birbaşa iştirak edir. Antikanserogen təsirə malikdir.
Sink – hüceyrə metobolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olmaqla hüceyrələrdə zülal və karbohidrat sintezini requlə edir. Hüceyrə membranının struktur möhkəmliyini, vitamin A–nın və vitamin E-nin biomənimsənilməsini, orqanizmdə insulinin sintezini və toplanmasını  təmin edir,  insulinə həssaslığı artırır. Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil edir. Qonodotrop hormonların (FSH, LH) tərkibinə daxil olmaqla sintezini və sekresiyasını aktivləşdirərək  spermatogenezi(oogenezi) stimullaşdırır və cinsi funksiyaların yerinə yetirilməsində iştirak edir. Qadınlarda  estrogendən asılı prosesləri tənzimləyərək uşaqlıq əzələlərinin ınkişafını stimulaşdırır, nəticədə  dölün inkişafını təmin etməklə yanaşı düşüklərin də qarşısını alır. Çəngələbənzər vəzin funksiyasını aktivləşdirməklə timin və timozinin səviyyəsini artırır, T-limfositlərin və makrofaqların sintezini sürətləndirir, neytrofillərin müdafiə aktivliyini tənzimləyərək və antitel hazırlanmasını stimulaşdırmaqla  immunitetin formalaşmasında iştirak edir.
Biotin (vitamin-H) – orqanizmdə karbohidratların, yağların və zülalların mübadiləsində mühüm rol oynayır və hüceyrələrin normal böyümə və inkişafı üçün çox vacibdir. Orqanizmə düşən zaman biotin karboksilazanın  kofermenti kimi fəaliyyət göstərməyə başlayır, insulinəbənzər təsir edir və qlukoneogenez prosesində iştirak edir. Bununla da qanda şəkərin səviyyəsini sabitləşdirir, sinir sisteminin funksiyasını yaxşılaşdırır.
Yod – qalxanvari vəz üçün çox önəmli olan mikroelement olub, lazımi hormonların istehsal prosesi üçün zəruridir. Çox hallarda, hamiləliyin gedişatı və dölün bətndaxili inkişafı qadın orqanizmində yodun miqdarından asılı olur. Bu dövrdə yod defisiti körpənin zehni inkişaf pozğunluqlarına səbəb olur. Yod defisiti endemik zob, kretinizm, hipotireoz kimi xəstəliklərə səbəb olur.  Kalium – yumşaq toxumaların normal vəziyyətinin qorunmasına xidmət edir, onların elastikliyini mühafizə edir və natrium ilə yanaşı bir sıra proseslərdə iştirak edir. Natrium və kaliumun xassələrinə görə bir-birlərinə yaxın olmalarına baxmayaraq, qeyd etmək lazımdır ki, zərurilik baxımından kalium natriumu üstələyir. Kaliumun   orqanizmdə nəzərəçarpacaq dərəcədə çatışmaması boyun inkişafını ləngidir, orqanizmin ümumi müqavimətini  zəiflədir, kaliumun çatışmazlığı hətta qəfləti ölümün baş verməsi ilə nəticələnə  bilər.

GÖSTƏRİŞLƏRİ:

  • Avitaminozlar, makro və mikro elementlərə tələbatın artdıgı bir dönəmdə;
  • Cinsiyyət sisteminin funksiyasının zəifləməsi, sonsuzluq;
  • Miqren, nevrozlar, nevrasteniya,nevritlər;
  • İmmun sistemin zəifləməsi, cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı;
  • Göz xəstəlikləri;
  • Şəkərli  diabet;
  • Ürək-damar sistemi xəstəlikləri.  Ateroskleroz
  • Xroniki yorğunluq sindromu. Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası;
  • Müxtəlif etiologiyalı dermatit və dermatozlar;
  • Onkoloji xəstəliklərin şüa və kimyəvi terapiyası zamanı aktiv profilaktika tədbirlərinin aparılması məqsədi ilə;
  • Oynaq və digər dayaq-hərəkət sistemi xəstəlikləri. Revmatizm;
  • Vaxtından əvvəl qocalmanın qarşısını almaq məqsədi ilə;
  • İdmançılarda artıq  fiziki yüklənmə zamanı

ƏLAVƏ TƏSİRLƏRİ:   Nadir hallarda dispeptik hallar.
ƏKS GÖSTƏRİŞLƏR:   Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq
HAMİLƏLİK ZAMANI İSTİFADƏSİ:   Mauglinin  hamiləlik  və laktasiya zamanı istifadəsi mümkündür.
DOZALANMA:   Səhər yeməyindən sonra 1-2 həb  daxilə bol maye ilə qəbul edilir.
BURAXILIŞ FORMASI:   Mauglin  № 30 gel kapsul.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:   ”WISE PHARMA” LP – Böyük Britaniya.
İSTEHSALÇI : SIA “Primea”, Latviya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …