Nefrowise

Uroseptik, Sidikqovucu, İltihabəleyhinə, Litolitik və Ödqovucu vasitə.

TƏRKİBİ:
Orthosiphon stamina 100 mq
Qarğıdalı saçağı (Corn silk) 100 mq
Çöl qatırquyruğu ( Equisetum arvense) 50 mq
Qaragilə (Vaccinium myrtillus) 50 mq
Ayıqulağı (Uva ursi) 100 mq
Quşüzümü (Cranberry) 100 mq
Maqnezium sitrat 100 mq
Propolis 50 mq

FARMAKOTERAPEVTİK QRUPU: Uroseptik, Sidikqovucu, İltihabəleyhinə, Litolitik və Ödqovucu vasitə.
Ortosifon stamina  (Orthosiphon) –  yarpaqlarının tərkibində zəngin olan ortosifonin  (0,01%),  alkaloidlər,  efir yağları (2,7%), çaxır turşusu (1,5%), limon turşusu, saponinlər orqanizmdə alfa amirin, betta sitosterin və taninin sürətli miqdarının artmasına səbəb olurlar. Adı çəkilən birləşmələr tibbdə güclü iltihab əleyhinə, sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına dağıdıcı təsirləri ilə tanınırlar.  Ortosifon ödem, albuminuriya, azotemiya və böyrəkdaşları ilə müşayiət olunan sidik- cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan götürülməsini təmin edir. Bundan başqa ortosifon kəskin beyin aterosklerozu və hipertoniya xəstəliyi fonunda müşahidə olunan böyrək və qaraciyərin funksiyalarının bərpasında tövsiyyə edilir.
Qarğıdalı saçağının (Corn Silk) – tərkibində acı qlikozid maddələr  1,15%, saponin 3.18%,  efir yağları 2,5%,  kriptoksantin,  vitamin C , pantoten turşusu,  vitamin K,  inozitol,  sitosterol,  stigmasterol vardır. Qarğıdalı saçağı sidikqovucu, ödqovucu və qansaxlayıcı xüsusiyyətlərinə görə hepatit, xolesistit, böyrək daşı xəstəliyi, nefrit və qurd invaziyalarında geniş istifadə edilən bir vasitədir. Qarğıdalı saçağı öd ifrazını sürətləndirərək, onun yapışqanlılığını və sıxlığını azaldır, bilurubinin miqdarını azaldır, qanda protrombinin miqdarını artırır.
Ayıqulağı (Uva ursi ) – yarpağının tərkibi flavonoidlər ( kversetin, izokversetin, mirisitrin, hiperozid, mirisetin), üzvi turşular (alma, qarışqa) və qlikozidlərlə (arbutin, metilarbutin) zəngindir. Bütün bu biləşmələr ayıqulağının kimyəvi tərkibinin əsasını təşkil edir. Ayıqulağı iltihabəleyhinə, antimikrob və sidikqovucu təsirlərə malikdir. Tərkibindəki arbutinin və metilarbutinin qlikozidlərinin arbutaza fermentinin təsiri ilə parçalanmasından əmələ gələn hidroxinon güclü antimikrob və antibacterial təsirinin yaranmasına səbəb olur. Hidroxinon böyrəklərdən süzülərkən göstətdiyi yerli qıcıqlandırıcı təsiri böyrəklərin filtrasiyasını sürətləndirərək sidikqovucu effekt göstərmiş olur.
Qaragilə (Vaccinium myrtillus)–  yarpaqları inulin, flavonoidlər və antosianlarla zəngindir. Meyvəsi isə manqan və dəmir birləşmələri, karbohidratlar, üzvi turşular, vitaminlər (C, B1, B2, P, PP), karoten və fenil turşuları ilə zəngindir. Qaragilə orqanizmin immunitetini artırır, onun stress müqavimətini gücləndirir və maddələr mübadiləsini normallaşdırır. İltihabəleyhinə, büzücü, bərkidici, ağrıkəsici, qankəsici, spazmolitik və sidikqovucu təsirlərə malikdir. Qaragilə qanda və sidikdə şəkərin miqdarını azaldır, eyni zamanda böyrəkdaşı xəstəliklərində duz və daşın parçalanmasına kömək edir.
Quşüzümü (Cranberry) – ekstraktı üzvi turşular (benzoy daxil olmaqla), pektin, triterpen birləşmələri, flavonoidlər, tanninlər, vitamin C, karotinoidlər, kalium və dəmirlə zəngindir. Quşüzümü stafilokokklar, streptokokklar, Escherichia coli, Proteuslara, və vəba törədicilərinə qarşı güclü antimikrob təsirlərə malikdir. Quşüzümünün antifungal təsiri müşahidə olunur. Bundan əlavə, quşüzümü pielonefrit və ginekoloji iltihabi xəstəliklərin müalicəsində antibiotiklərin, nitrofuran törəmələrinin və sulfanilamidlərin təsirini gücləndirmə xüsusiyyətinə malikdir. Müasir təbabətdə quşüzümü sidik yollarının infeksiyaları üçün çox tövsiyə olunur. Quşüzümü bakteriyaların sidik cinsiyyət sisteminin selikli qişasına yapışmasının qarşısını alır ki, onların selikli qişaya nüfuz edib yaşaması və koloniyalar yaratması mümkün olmur.   Quşüzümü ursol turşusu ilə zəngin olduğundan güclü uroseptik təsir göstərməklə yanaşı, böyrəklərdə daşəmələgəlmə prosesinin də qarşısını almış olur. Quşüzümünün bu xüsusiyyəti hesabına sidik yollarının infeksion xəstəliklərinin və sidikdaşı xəstəliklərinin müalicəsində yüksək kliniki nəticələrin əldə edilməsi imkanını yaradır.
Maqnezium sitrat-orqanizmin enerji balansını tənzimləyir. Maqnezium hüceyrə daxilində  ATF-lə kompleks təşkil etməsi, onun enerji deposu və enerji transport vəzifələrini həyata keçirməsinə səbəb olur. Maqnezium əzələ zəifliyi, sinir tükənməsi , ümumi yorğunluq və xroniki yorğunluq kimi hallar zamanı öz mükəmməl nəticələri ilə tanınmışdır.  Orqanizmdə maqneziumun defisiti kaliumun defisitinə səbəb olur. Maqnezium sidikdə duzların həll olunmuş halda qalmasını təmin edərək böyrəklərdə kristalların və böyrək daşlarının əmələ gəlməsinin qarşısını almış olur. Maqneziumun  40%-I sidikdə okzalik turşusu ilə biləşərək oksalat daşlarının əmələ gəlməsinin qarşısını alır.   Maqnezium ağır metal duzları ilə zəhərlənmələr zamanı antidot kimi istifadə edilir.
Dandelion ( zəncirotu, acıqovuq və ya hindiba)- A vitamin ilə zəngin olan bir bitkidir.Tərkibində 85,5 % -su,  2,8 % -azotlu maddə,  0,6-0,7 %- yağ və zülal vardır. Kökləri və yarpaqları qatranlı maddələr, üzvi tuşular, yağlar, vitaminlər, kalium ,fosfor ilə zəngindir. Maddələr mübadiləsini normallaşdırır, həzmi yaxşılaşdırır, iştahanı açır. Qan dövranını yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, anemiya zamanı qanın tərkibini yaxşılaşdırır. Bundan əlavə dandelion böyrək xəstəliklərində, qaraciyər, dalaq, dəri xəstəliklərində effektiv təsir göstərir. Ənənəvi tibbdə əsasən çox yaxşı sidikqovucu kimi tanınır.
Çöl qatırquyruğu (Equisetum arvense) – sidikqovucu, hemostatik, litolitik, iltihabəleyhinə, antisklerotik xüsusiyyətlərə malikdir. Qatırquyruğunun tərkibində zəngin olan 5-qlükozid lüteolin hesabına böyrək və sidikçıxarıcı orqanların xəstəliklərində güclü antibakterial və iltihabəleyhinə təsir göstərir. Qatırquyruğu orqanizmdə su-duz mübadiləsini tənzimləyərək böyrək və sidikçıxarıcı sistemin daş xəstəliklərinin, xüsusilə urat və oksalat daşlarının müalicə effektivliyini artırır. Bununla yanaşı orqanizmdə yığılan ödemi, suyu atır, mineral tarazlığı qoruyur. Qan dövranı pozğunluğunu aradan qaldırır, orqanizmin müqavimətini artırır.
Propolis- plastilinə oxşayan, sarı-yaşıldan, qəhvəyi-qaraya qədər çox müxəlif rənglərdə ola bilən spesifik balsam iyli maddədir. Propolisin tərkibində 50-60%-qətran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu vardır. Propolis geniş antimikrob təsir effektinə malikdir. Adi antibiotiklərdən fərqli olaraq, propolisə qarşı mikroblarda öyrəşmə halı əmələ gəlmir. Bundan başqa propolis iltihabəleyhinə təsir göstərir, yaraları tez sağaldır. Büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, immunostimulyator və s. təsiri vardır.

Göstərişləri:

  • Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri. (Uretrit, sistit, pielonefrit, vulvit, vaginit. )
  • Böyrək və sidik kisəsinin daşları.
  • Nefrotik sindrom.
  • Arterial hipertoniya. II-III dərəcəli ürək-damar çatışmazlığı (ürək glikozidləri ilə birgə).
  • Xolesistit, qaraciyər sirrozu, qurd invaziyaları, assit.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, hallsızlıq, dispeptik hallar.
ƏKS GÖSTƏRİŞLƏRi: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI  İSTİFADƏSİ:   Nefrowise  hamiləlik ( II və III trimestrdə)  və laktasiya zamanı istifadəsi mümkündür.
DOZALANMA : Gün rzində 2-3  dəfə,  yeməkdən sonra 1-2 həb daxilə bol maye ilə qəbul edilir. Müalicə müddəti   2-8 həftədir.
BURAXILIŞ FORMASI: Nefrowise 30 tablet.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:WISE PHARMA” BöyükBritaniya.
ISTEHSALÇI: “SIA Primea”, Latviya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …