Ladem

Dərman vasitəsinin istifadəsi üzrə təlimat
(xəstələr üçün)

Tərkibi:

Qlukozamin HCl – 0.01%

Qara kəndəlaş çiçəklərinin ekstraktı – 0.01745%

Qırmızı bibər meyvələrinin ekstraktı – 0.01745%

Meşə şamı yarpaqlarının yağı – 0.0191625%

Sitron bitkisi meyvələrinin ekstraktı – 0.02482551%

Kəklikotu yarpaqlarının və çiçəklərinin yağı – 0.0351%

Dimetil sulfon – 0.05%

Bosveliya serrata qətranı ektraktı – 0.05%

Metil salisilat – 0.06%

Avropa zeytunu meyvələrinin yağı – 0.1%

Mentol – 0.5% Evkaliptol – 0.4%

Kamfora – 0.2%

Dağ arnikası çiçəklərinin ekstraktı – 0.1745%

Şeytan caynağı kökü ekstraktı – 0.1745%

Köməkçi maddələr: Natrium hidroksid, natrium poliakrilat, karbomer, fenoksietanol, kapril/kaprin triqliserid, propilen qlikol,sitral, linalool, limonen, tetrasodium qlutamat diasetat, natrium benzoat, kalium sorbat, etilheksilqliserin, su.

Farmakoloji qrupu: İltihab əleyhinə, ağrıkəsici və xondroprotektor vasitə.

Farmakoloji təsiri:

Qlükozamin HCl – birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin HCl yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə yaxşı sorulma qabiliyyətinə malik olduğundan, sorulduqdan sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin HCl orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəlklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər.

Şeytan caynağı – tərkibindəki harpaqozid və beta-sitosterin hesabına toxumalarda damar keçiriciliyini normallaşdıraraq yerli mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki harpaqozid qlikozidi həm də oynaq qığırdağının degenerasiyasına səbəb olan enzimi blokada edir.

Qırmızı bibər – tərkibində olan kapsaisin alkaloidi və efir yağları hesabına yerli mikrosirkulyasiyanı yaxşılaşdırmaqla iltihabın sürətli sorulmasını təmin edərək ödemi və ağrını effektiv olaraq aradan qaldırır. Həm də gelin komponentlərinin dəri səthindən daha yaxşı mənimsənilməsini təmin edir.

Dağ arnikası – köku və qabığı tərkibcə dimetil timohidroxinon efiri, arnisterin, arnidiol, arnidendiol, xolin, helenin, ksantofil kimi maddələrlə zəngindir. Selikli qişadan və dəridən sürətli sorularaq toxumalara nüfuz etməklə tez bir zamanda öz müalicəvi təsirini göstərmış olur. Tərkibindəki komponentlər hesabına damargenəldici təsir göstərərək mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə effekti sayəsində isə şişkinliyi aradan qaldıraraq ağrıkəsici təsir göstərir. Bundan başqa regenerator, angioprotektor, antiaqreqant və antioksidant təsirlərə malikdir.

Qara kəndalaş – qlikozidlər, rutin, karotin, α-amirin, β-sitosterin, askorbin turşusu ilə zəngin tərkibinə görə, güclü iltihab əleyhinə, antioksidant, antiaqreqant, angioprotektor xondroprotektor və immunostimulyator təsirlərə malikdir. Dəri üzərinə sürtüldükdən sonra toxumalara tez nüfüz edərək oz təsirini tez bir zamanda göstərmiş olur. Araxidon turşusundan iltihabi mediatorların əmələ gəlməsini blokada edərək – iltihab əleyhinə, trombositlərin aktivliyini azaltmaqla – antiaqreqant, damarların və qığırdaq toxumasının tərkibində elastiki liflərin sintezini aktivləşdirməklə – angioprotektiv və xondroprotektiv təsirlər göstərmiş olur.

Bosveliya serrata ekstraktı – tərkibindəki bosvelin turşusu sayəsində oynaq xəstəliklərinin, osteoxondroz, artrit və revmatizmin müalicəsində yüksək effekt göstərir. Bununla yanaşı damar divarını möhkəmləndirərək qan dövranını yaxşılaşdırır. Dayaq-hərəkət aparatının hərəkətliliyini artırır, sümükləri və əzələləri möhkəmləndirir. Mentol, kamfora və evkaliptol – yerli olaraq qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, ağrıkəsici və iltihab əleyhinə təsir göstərir. Əzələ və oynaq ağrıları zamanı yüksək kliniki effektə malikdir.

İstifadəsinə göstərişlər: Osteoartroz (birincili və ikincili, koksartroz, qonartroz və s.) zamanı köməkçi vasitə kimi Artritlər, revmatoid artit, poliartrit, periartrit zamanı köməkçi vasitə kimi Osteoxondroz zamanı köməkçi vasitə kimi Spondilyoz zamanı köməkçi vasitə kimi Revmatik ağrılar zamanı köməkçi vasitə kimi Burxulma və dartılmalar zamanı köməkçi vasitə kimi Nevralgiya, lyumbaqo, işias, radikulit zamanı köməkçi vasitə kimi Miozit, fibromialgiya zamanı köməkçi vasitə kimi Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları zamanı köməkçi vasitə kimi Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya zamanı köməkçi vasitə kimi

İstifadə qaydaları və dozalanması:
Gün ərzində 2-4 dəfə travma və ya ağrı müəyyən edilən nahiyələrə çəkilir.
Əks göstərişləri: Preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq.
Əlavə təsirləri: Nadir hallarda allergik reaksiyalar.
Buraxılış forması: 100 ml həcmdə gel tubda və içlik vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
SAXLANMA ŞƏRAİTİ: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə, 25ºC-dən aşağı temperaturda saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “WISE PHARMA” LP Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. GLASGOW – ŞOTLANDİYA.
İSTEHSALÇI : “GRICAR CHEMICAL S.R.L”, İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …