Vascard

Metabolik, kardioprotektor, neyroprotektor, sitoprotektor, antioksidant vasitə.

TƏRKİBİ:
Omega-3 (DHA-250 mq, EPA-50 mq ) 500mq
Selen 150mkq
Koenzim Q 25mq
Dihidrokversetin 20mq
Kalium orotat 40mq
Maqnezium 120mq
Vitamin E (α-tokoferol) 40mq
İnozitol (vitamin B8) 80mq
Nikotin turşusu (vitamin B3) 30mq

Farmakoloji qrupu: Hüceyrə metabolizmini gücləndirən vasitə, kardioprotektor, neyroprotektor, sitoprotektor, antioksidant  təsir effektinə malikdir.
Omega-3-güclü antioksidantdır. Omega-3 dokasaheksan (DHT) və eykosapentain (EPT) turşuları ilə zəngindir. Hüceyrə membranının əsas struktur vahidlərindən hesab olunur. Ürək-damar xəstəliklərinin riskini azaldır, damarları möhkəmləndirir və onların elastikliyini artırır. Qanın aqreqasiyasını yaxşılaşdırır və qan təzyiqini normaya salır. İnsult və infakt kimi ağır pozulmaların qarşısını alır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gün ərzində 1000 mq omega-3 qəbul edən şəxslərdə  koronar ürək xəstəliyinin ümumi göstəricisi 16%, bu xəstəliyin risk qrupuna daxil olanların sayı isə 47% azalmışdır. Həmçinin omega-3 antikanserogen və immunostimulyator təsir effektinə malikdir.
Vitamin E – orqanizm üçün əhəmiyyətli antioksidantdır. E vitamini zülalların biosintezi, hüceyrələrin proliferasiyası, toxuma tənəffüsü kimi hüceyrələrdə gedən son dərəcə mühüm proseslərdə iştirak edir. Vitamin E orqanizmdə oksidləşmə-reduksiya reaksiyalarını zəiflətməsi hesabına sərbəst radikalların miqdarını azaldaraq antioksidant təsir göstərir, eyni zamanda hüceyrəvi və humoral immuniteti stimulə etməklə immunomodulyator təsir göstərir. Damar divarı tonusunu və keçiriciliyini normallaşdırır,  angioprotektiv təsir göstərir. Qanı durulaşdırmaqla laxtalanmanın qarşısını alir və periferik qan dövranını yaxşılaşdırır. Vitamin E bir sıra reproduktiv proseslərin normal gedişatını təmin edir. Vitamin E-nin çatışmazlığı ağır hallarda damar tonusunun aşağı düşməsi, hipotoniya, skelet və ürək əzələlərinin  və miokardın distrofiyası, fotoreseptorların degenerasiyasının artması fonunda görmənın pozulması kimi patologiyalara səbəb olur
Kalium orotatdiuretik və anabolik təsir göstərir. Kalium orotat protein, lipid, karbohidrat metabolizmində iştirak edir. Hüceyrələrin bərpa olma və yenilənmə prosesini sürətləndirir. Ürək xəstəliklərində, işemiya, ateroskleroz zamanı effektiv təsir göstərir. Miokardın hiperlipidemiyası və anemiya kimi halları aradan qaldırır. Qaraciyər və öd yollarının bir çox xəstəliklərində geniş təsir effektinə malikdir. Həmçinin kalium orotat orqanizimdə əzələ distrofiyalarını bərpa edir, əzələ kütləsinin artmasına yardımçı olur.
Maqnezium orqanizmə lazım olan mineralların bəlkə də ən vacibidir. Orqanizmdə maqneziumun dörddə üçü sümüklərdə, digər qismi isə yumşaq toxumalarda və orqanizmin mayelərində yerləşir. Fizioloji nöqteyi nəzərindən maqnezium hüceyrə daxili kation hesab olunur. Maqnezium ionları neyronların oyanıqlığını aradan qaldıraraq, sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək, bütün fermentativ proseslərdə iştirak edir. Maqnezium hüceyrələrin enerji istehsalında mühüm rol oynayır. Ürək döyüntülərini normallaşdırır, damarlarda qanın hərəkətliyini təmin edir. Qanın laxtalanmasını və ürək çatışmazlığını aradan qaldırır. Maqnezium həmçinin sakitləşdirici təsir effektinə malikdir, stress və yorğunluq əlamətlərini aradan qaldırır.
Koenzim Q – benzaxinon qrupuna məxsus vitaminə bənzər maddədir.  Orqanizmin bütün hüceyrələrinin mitoxondrilərində olur. İnsan orqanizmində yalnız 10 izopren zəncirli ubixinona rast gəlınir. Koenzim Q orqanizmdə ATF-in sintezində iştirak edərək, enerji mübadiləsini sürətləndirir. Hüceyrələri sərbəst radikallardan qoruyur, immuniteti artırır. Antioksidant, antiaterosklerotik təsirə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, miokardın qanla təchizatını artırır. Antiaritmik, hipotenziv, immunomodulyator,  hepatoprotektor təsir göstərir. Qanda qlükozanın səviyyəsini normallaşdırır
Selen – müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyətində vacib rol ounayır. Güclü antioksidant təsirə malikdir. Selenin qandaki miqdarı 85 mq/l-dir. Arsen və civənın antqonisti olub orqanizmdə  sərbəst radikalların və ağır metalların neytrallaşmasını təmin edir. İmmun sistemin formalaşmasında mühüm rol oynayır. Selen ürək əzələsini möhkəmləndirməklə ürək krizlərinin qarşısını alır.Selen çatışmazlığı özünü psixoloji dəyişikliklərdə və ürək əzələsi ritmlərinin pozulmalarında göstərir. Həmçinin antikanserogen təsirə malikdir.
Dihidrokversetin kapilyaroprotektiv, dezintoksikasyon, ödeməleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Bütün orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Miokardın  qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Dihidrokversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından qabaq qocalması prosesini tormozlayır.
İnozitol-( Vitamin B8)-vitaminəbənzər maddələrdən sayılır. Hüceyrə membranının qorunmasında çox əhəmiyyətlidir. Orqanizmin bütün toxumalarında inozitola rast gəlmək mümkündür. Daha çox toplandığı yer isə beyin, ürək və gözün lens təbəqəsidir. Orqanizmdə xolesterinin miqdarını azaldır, damar divarlarını möhkəmləndirir. Yuxusuzluq və diqqət pozğunluğu kimi əlamətləri aradan qaldırır. İnozitol seratonin və asetilxolin kimi beyindəki bir çox neyromediatorların düzgün çalışması üçün çox vacibdir. Çatışmazlığı zamanı ekzema, saç tökülməsi, qəbzlik, gözlərdə anormallıqlar və yüksək xolesterin əmələ gəlir. Həmçinin antikanserogen təsirə malikdir.
Vitamin B3 (nikotin turşusu,vitamin PP)- orqanizimdə çox böyük əhəmiyyətə malik olan vitamindir. Hüceyrələrin normal böyüməsinə xidmət edir. Orqanizmdə yağ mübadiləsini tənzimləyir, şəkər və yağların enerjiyə çevrilməsi prosesində iştirak edir. Qanda xolesterinin miqdarını aşağı salır. Orqanizmi ürək-damar xəstəliklərindən, tromb, hipertoniya və şəkər xəstəliklərindən qoruyur. Hemoqlobinin sintezi və eritrositlərin əmələ gəlməsində vitamin B3 vacib rol oynayır. Osteoartrit xəstəliyi zamanı hərəkətliyi artırmaqla yanaşı, ağrıları da azaldır. Qaraciyər və öd kisəsinin işini normallaşdırır. Bağırsaq peristaltikasını yaxşılaşdırır. Həmçinin nevro-psixi təsir gərginliyini azaltmaqla sakitləşdirici təsir göstərir.

GÖSTƏRİŞLƏRİ:

  • Ürəyin işemik xəstəlikləri (ateroskleroz, hipertoniya, xroniki ürək çatışmazlığı, stenokardiya).
  • Ürək əməliyyatından sonrakı bərpa dövründə.
  • Orqanizmin ümumi bərpası və idman təbabətində.
  • İmmunitetin gücləndirilməsi və müqaviməti artırmaq məqsədilə.
  • Artıq çəki və piylənmə.
  • Şəkərli diabet.
  • Revmatizm və revmatoid artrit.
  • İltihabi və degenerativ xəstəliklər.
  • Yaddaş gücləndirici və diqqət nizamlayıcı kimi.
  • Xroniki yorğunluq zamanı.
  • Çəki defisiti və boy inkişafından qalma zamanı.
  • Həzm pozğunluğu və fermentativ çatışmazlıqda.
  • Uzun müddətli antibiotik terapiya.

Əks göstərişləri: Preparatın tərkibindəki hər hansı komponentə qarşı fərdi hiperhəssaslıq.
Əlavə təsirləri: Nadir hallarda dispeptik əlamətlər (qarın nahiyyəsində ağrılar)
Doza həddinin aşılması: Simptomları: yan təsirlərin kəskinləşməsi. Müalicəsi: mədəni yumaq, aktivləşdirilmiş kömür qəbul etmək, simptomatik müalicə aparmaq.
Qəbul qaydası və dozalanma: Daxilə, yeməkdən 30 dəqiqə sonra 1 kapsuldan gün ərzində 2-3 dəfə təyin edilir.
Buraxılış forması: Vascard  № 30 kapsul. 10 kapsuldan ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
Məhsulun və əmtəə nişanının sahibi “WISE PHARMA” LLP . Böyük Britaniya.
İstehsalçı: SIA “Primea”, Latviya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …