Xoledocvin

Kombinasiya edilmiş, bitki tərkibli qurd əleyhinə, ödqovucu, qazqovucu, qəbizlik əleyhinə və həzm proseslərini aktivləşdirən vasitə

TƏRKİBİ:
Bosvelliya serratanın quru ekstraktı 125 mq
Razyana toxumu 75 mq
Qreypfrutun quru ekstraktı 70 mq
Balqabaq tumunun quru ekstraktı 75 mq
Darçın efir yağı 12,5 mq

FARMAKOLOJİ QRUPU: Kombinasiya edilmiş bitki tərkibli qurd əleyhinə, ödqovucu qazqovucu, qəbizlik əleyhinə və həzm proseslərini aktivləşdirən vasitə.
Bosvelliya serrata – tərkibində olan bosvelliya turşusu və digər triterpen turşuları ilə birgə leykotrienlərin sintezini blokada edərək iltihab əleyhinə təsir göstərir.
Şüyüd ekstraktı – əsas tərkib komponentləri fenxol, kamfen, anetol, dipenten, alfa-pinen maddələridir. İltihab əleyhinə, spazmolitik, köpəleyhinə, yüngül işlədici, antioksidant və hepatoprotektor xüsusiyyətlərə malikdir. Həzm sisteminin fəaliyyətini aktivləşdirir, ürəkbulanma, meteorizm və qəbizliyi aradan qaldırır. Tərkibindəki efir yağları orqanizmi şlak və toksinlərdən təmizləyir.
Qreypfrut ekstraktı – Ca, Mg, Na, K, P, Fe, I, Zn, Cu, Mn kimi minerallarla və beta-karotin, A, C, E, PP, B qrup vitaminləri ilə zəngin olduğu üçün immun müqaviməti artırır. Qreypfrut tərkibində olan bioflavonoidlər, liflər və qlikozidlər sayəsində maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır, ödün əmələ gəlməsini stimulə edir. Həmçinin xolesterinin səviyyəsini azaldaraq aterosklerozun yaranmasının qarşısını alır, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.
Balqabaq tumu ekstraktı – tərkibi aminturşular, vitaminlər və mikroelemetlərlə zəngin olduğu üçün immun müqaviməti artırır. Tərkibində olan kukurbitin maddəsi sayəsində uzun illərdir ki, parazitləri məhv etmək üçün balqabaq tumundan istifadə edilir.
Darçın efir yağı – vitaminlər (B qrupu, fol turşusu və s.), minerallar (maqnezium, dəmir, kalsium) və antioksidantlarla zəngindir. Bakteriyalar, viruslar və göbələklərə qarşı “təbii antibiotik” təsir göstərir. Həzmi yaxşılaşdırır, iştahanı artırır.

GÖSTƏRİŞLƏR:

  • Müxtəlif etiologiyalı qəbizlik, o cümlədən xroniki qəbizlik.
  • Müxtəlif etiologiyalı qarın boşluğunun spastik ağrıları, meteorizm, istənilən etiologiyalı dispeptik hallar.
  • Bağırsaq disbakteriozu
  • Uşaqlarda və böyüklərdə qurd mənşəli dispepsiyalar
  • Həzm sisteminin istənilən xroniki iltihabi prosesləri
  • Hamilələrdə qəbizlik və həzm pozğunluğu
  • Antibiotikoterapiyadan sonra bağırsaq mikroflorasının bərpasının kompleks müalicəsi.
  • Hıcqırma və gəyirmə halları
  • İştahasızlıq

Əks göstərişləri: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Əlavə təsirləri: Nadir hallarda dəri reaksiyalar, qusma və ürəkbulanma.
İstifadə qaydası və dozası: 1 tablet  gün ərzində 2-3 dəfə təyin edilir.
Buraxılış forması: 30 tablet. 15 tabletdən ibarət 2 blister  məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
Saxlanma şəraiti: 260 C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdıb.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılış qaydası: Reseptsiz.
Məhsulun və əmtəə nişanının sahibi “WISE PHARMA”  LLP – Böyük Britaniya.
İstehsalçı: Via san Giuseppe, 18/20-Brugheno (MB)

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …