Hepawise

Hepatoprotektor, hipoxolesterinemik, dezintoksikant və ödqovucu vasitə.

TƏRKİBİ:
Artişok (Cynora) 200 mq
Alfa-lipoy turşusu 100 mq
Silifos ( silibin+fosfatidilxolin) 100 mq
Xolin 100 mq

FARMAKOLOJİ QRUPU: Hepatoprotektor, hipoxolesterinemik, dezintoksikant və ödqovucu vasitə.
Artişok-(azər.Ənginar,lat.Cynora)tərkibi mineral maddələr, B qrup vitaminlər, vitamin C və beta-karotinlə zəngindir.Bu komponentlər qaraciyər və böyrəklərdə maddələr mübadiləsini aktivləşdirir. Bununla yanaşı  tərkibindəki polifenol birləşmələr-luteolin, ferulik, kofein, xlorogen turşular sayəsində hepatoprotektor, ödqovucu və spazmolitik təsirlərə malikdir. Bundan əlavə tərkibində bioloji fəal maddələrə-sinozin qlikozidi, acı  maddələr, şəkər, qətranlı maddələrə və üzvi turşulara rast gəlmək mümkündür. Bu birləşmələr qaraciyər hüceyrələrində xolesterinin əmələ gəlməsini tormozlayır, patogenlər tərəfindən sintez olunan toksiki maddələrin səviyyəsini azaldır, qaraciyər qlükogenolizini (qaraciyərdə ehtiyat qlikogenin qlükozaya parçalanmasını) zəiflədir. Ferulik turşusu arterial təzyiqi normallaşdırır, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki inulin sayəsində orqanizmin müqavimətini artırır, qanda insulinin səviyyəsini azaldır, həmçinin antioksidant xüsüsiyyətə malikdir.
Alfa-lipoy turşusu-piroüzüm turşusu və alfa-ketoturşularının oksidləşmə fosforlaşma reaksiyalarında koferment funksiyasını yerinə yetirir. Endogen antioksidant sayılır, hüceyrələri maddələr mübadiləsi zamanı yaranan sərbəst radikalların toksiki təsirindən qoruyur. Həmçinin orqanizmə keçən ekzogen toksiki birləşmələri zərəsizləşdirir. Endogen antioksidant  qlütationun konsentrasiyasını artırmaqla, polineyropatiyaların nəzərə çarpan simptomplarının azalmasına gətirib çıxarır. Hepatoprotektiv, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsir göstərir. Neyronların trofikasını yaxşılaşdırır. Lipoy turşusu ilə insulinin sinergik təsiri nəticəsində qlükozanın utilizasiyası artır.
Silifos ( silibin+fosfatidilcholin) – tərkibindəki silimarin güclü antioksidant təsirə malikdir. Qaraciyərdə sərbəst radikallara təsir edərək onların toksikliyini azaldır. Lipidlərin peroksidləşməsini dayandıraraq, hüceyrə strukturunun dağılmasının qarşısını alır. Zədələnmiş hepatositlərdə struktur və funksional zülal və fosfolipidlərin sintezini stimulə edir, hüceyrə membranlarını stabilləşdirir, hüceyrə komponentlərinin və hüceyrədaxili fermentlərin itirilməsinin qarşısını alır, qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir. Hüceyrələrə bəzi hepatotoksik maddələrin keçməsinin qarşısını alır. Qaraciyərin funksional xəstəlikləri olan hepatit və sirrozlarda, həmçinin dalaq xəstəliklərində, öd yollarının iltihabı, öd daşı xəstəliklərində, kolitlərdə, xolesistitlərdə, şəkərli diabetdə və s. geniş istifadə olunur. Adi alaqanqalın uzun müddətli qəbulu qaraciyər sirrozundan əziyyət çəkən xəstələrin sağalma faizini effektiv şəkildə artırır.
Xolin (vitamin B4 ) –B qrupu vitaminlərinə bənzər özəlliyə sahibdir. Orqanizmdə xolin, fosfolipid fosfatidilxolin, lizofosfatidilxolin, sfinqomielin maddələrinin biosintezi üçün ilk maddə sayılır, bu maddələr də öz növbəsində hüceyrə membranının tamlığının qorunmasında və hüceyrə siqnallarının ötürülməsində vacib rol oynayır. Qaraciyər hüceyrələrinin fəaliyyətini artıraraq, qaraciyərin funksiyasını yaxşılaşdırır və lipid mübadiləsini normallaşdırır. Orqanizmdə yağların parçalanması prosesini sürətləndirir, xolesterinin səviyyəsini aşağı salır, sinirlərin mielin qişalarını bərpa edir. Xolin beyin üçün lazım olan bir çox funksiyaların yerinə yetirilməsində vacib rol oynayır, zehni yaxşılaşdırır, diqqəti nizamlayır və s.

GÖSƏRİŞLƏRİ:

  • Kəskin və xroniki hepatitlər
  • Qaraciyər çatışmazlığı və sirrozu
  • Qaraciyərin piy distrofiyası
  • Qaraciyərin müxtəlif mənşəli toksiki zədələnmələri ( alkoqol və dərman mənşəli)
  • Hamiləlik toksikozları
  • Öd yollarının iltihabı və xolesistit
  • Radiasyon sindrom

ƏKS GÖSTƏRİŞİ: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
ƏLAVƏ TƏSİRİ: Nadir hallarda dəri reaksiyaları
QƏBUL QAYDASI VƏ DOZALANMASI: Daxilə, 1 tabletdən gün ərzində  2-3 dəfə təyin olunur.
BURAXILIŞ FORMASI: HEPAWİSE N30. 10 tabletdən ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
SAXLANMA QAYDASI: Quru və işıq düşməyən yerdə
APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: WISE PHARMA” Böyük Britaniya
ISTEHSALÇI: SIA “Primea”, Latviya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …