Solidofer

Antianemik vasitə

TƏRKİBİ: 1 kapsulun tərkibi:
Dəmir  (İron II ) 28 mq
Fol turşusu (Folic Acid) 400 mkq
Vitamin C (Askorbin turşusu) 55 mq
Köməkçi maddələr:  mikrokristallik sellüloza, maqnezium stearat, jelatin, titan dioksid.

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ:
Solidofer müxtəlif etiologiyalı anemiyaların (dəmirdefisitli, posthemorragik, qastroentorogen) müalicə və profilaktikası üçün kombinə olunmuş antianemik preparatdır.
Solidofer preparatın tərkibinə daxil olan Dəmir hemoqlobinin, mioqlobinin, qaraciyər fermentlərinin tərkibinə daxil olaraq, oksigenin hüceyrə və toxumalara daşınmasında iştirak edir. Dəmir hemin struktur komponenti olaraq, eritropoezdə iştirak edir.
Fol turşusu (Vitamin B9) qanyaradıcı orqanların fəaliyyətini artırır, eritropoezi gücləndirir, həzm orqanlarının funksiyalarını yaxşılaşdırır, dəmirin həzm sistemindən sorulmasını sürətləndirir. Fol turşusu qan yaranmada, hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT-nin sintezində iştirak edir. Hemopoetik təsir göstərir. Orqanizmdə tetrahidrofol turşusuna çevrilir, bu da meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Purin və pirimidin mübadiləsində, nuklein turşularının sintezində, amin turşularının metabolizmində və xolin sintezində iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların proliferasiyası, qan yaranma prosesində və s. iştirak edir. Fol turşusu damara sərtlik verən homosistein maddəsini azaltmaqla yanaşı, iflic və  demensiya riskini də azaldır. Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir. Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.
Vitamin C (Askorbin turşusu) mədə bağırsaq traktından dəmirin sorulmasını sürətləndirir. Vitamin C güclü antioksidant və detaksikasion təsirə malikdir. Vitamin C   karbohidrat mübadiləsində, fol turşusunun metobolizmində iştirak edir, qanın laxtalanmasını, oksidləşmə- reduksiya proseslərini və qanda lipidlərin səviyyəsini tənzimləyir.  Vitamin C kollagen sintezində iştirak edir, qan damarlarının divarlarını möhkəmləndirir və  qan damarlarının keçiriciyliyini yaxşılaşdırır, toxumalarda regenerasiya proseslərini tezləşdirir. Solidofer orqanizmdə yaranmış müxtəlif etiologiyalı anemiyaların qısa bir müddətdə aradan qaldırır.

GÖSTƏRİŞLƏRİ:

  • Dəmir defisitli anemiyaların profilaktikası və müalicəsi (o cümlədən latent forma)
  • Essensial hipoxrom anemiya
  • Müxtəlif etiologiyalı anemiyaların müalicə və profilaktikası (posthemorragik, qastroentorogen)
  • Disbakterioz, malabsorbsiya simptomu
  • Qurd invaziyaları
  • Hamiləlik və laktasiya dövründə dəmir defisitli anemiya
  • İmmunitetin zəifləməsi hallarında
  • Cərrahi müdaxiləyə qədər və ondan sonrakı dövürdə, şualanma, üzunmüddətli hemodializ
  • Qanaxmalar və yaxud digər qan itkiləri zamanı

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, hemosideroz, dəmirin sorulmasının pozulması, qeyri-dəmir difesitli anemiyalar (aplastik, hemolitik).
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, dispepsiya əlamətləri: ürəkbulanma, qusma, qastralgiya, qəbizlik və ishal.
DİGƏR DƏRMANLAR  İLƏ QARŞILIQLI TƏSİRİ: Dəmir tetrasiklin qrupuna aid olan antibiotik preparatlarının sorulmasını ləngidir.
DOZASI VƏ İSTİFADƏ QAYDASI: Daxilə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra sutkada 1 kapsul 1 dəfə.  Qəbul müddəti 1-3 ay müddətində Hb-nin qanda miqadarının normallaşmasına qədər davam etdirilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
BURAXILIŞ FORMASI: SOLİDOFER №30 kapsul.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ “WISE PHARMA” LLP – Böyük Britaniya.
İSTEHSALÇI: «Gricar Chemicals» S.R.L – İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …