Solidoste

Kalsium və fosfor mübadiləsi requlyatoru

TƏRKİBİ:
Kalsium karbonat (Kalsium-650 mq) 1625 mq
Vitamin D3 (400 BV) 10 mkq
Sink oksid (Sink-7,0 mq) 8,7 mq
L-Lizin 50 mq

FARMAKOLOJİ QRUPU: Kalsium və fosfor mübadiləsi requlyatoru.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium və fosfor mübadiləsini tənzimləyən kompleks preparatdır. Orqanizmdə kalsium və D3 vitamini çatışmazlığını aradan qaldırmaqla kalsiumun rezorpsiyasını zəiflədir və sümük toxumasında miqdarını artırır. Dişlərin mineralizasiyasında vacib rol oynayır. Kalsium neyronların normal fəaliyyəti üçün vacib elementlərdən biri olmaqla yanaşı, əzələlərin yığılması və qanın laxtalanmasında da iştirak edir.

Kalsium və D3 vitamininin qəbulu sümük toxumasının rezorpsiyasını sürətləndirən paratiroid hormonunun sintezini zəiflədir. D3 vitamininin aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsindən sürətli sorulması təmin olunur.

Sink – həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur. Sink defisiti osteoporozun inkişafına və boy atmanın dayanmasına səbəb olur. Orqanizmdə yüzlərlə müxtəlif fermentlərin tərkib komponentidir, fermentativ reaksiyalarda iştirak edir, normal boy artımını və inkişafı sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.

L-lizin- sağlamlıq üçün vacib olan bir amin turşusudur. İnsan orqanizmində təbii olaraq sintez olunmur. Buna görə də L-lizin, səkkiz əsas amin turşudan biri sayılır. L-lizin zülalların, hormonların, fermentlərin sintezində iştirak edərək, orqanizmin normal inkişaf, böyümə və bərpa prosesləri üçün vacib olan amin turşudur. Xüsusilə L-lizin , yağ turşularının daşınaraq enerjiyə çevrilməsində istifadə olunan  karnitin maddəsinin  istehsal etmək üçün orqanizmə lazım olan bir prosesi həyata keçirir. Bu da əzələ və sümük sağlamlığı üçün vacib olan kalsiumun sorulmasına və kollagenin formalaşmasına kömək edir .

GÖSTƏRİŞLƏRİ:

  • Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə.
  • Kalsium və D3 vitamininin çatışmazlığının bərpası məqsədi ilə.
  • Kalsium və D3 vitamininə tələbatın artdığı hallar – hamiləlik və laktasiya dövrü, 2 yaşdan yuxarı uşaqlar.
  • Xroniki böyrək çatışmamazlığı zamanı yaranan Ca çatışmamazlığında.

Əks göstərişləri:  Hiperkalsinemiya, hiperkalsiuriya, preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya zamanı istifadəsi: Sutkalıq dozanı 1200 mq Ca və 10 mkq D3 vitaminindən artıq təyin etmək olmaz.
Qəbul qaydası və dozalanması:
Böyüklərdə: Osteoporozun profilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə, müalicəsi məqsədi ilə isə 1 tabletdən gündə 2-3 dəfə təyin edilir.
Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə: 12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 2 tablet, 2-6 yaş arası uşaqlarda ½ tablet gündə 1 dəfə. Dozalanma həkim məsləhətinə uyğun dəyişdirilə bilər.
Əlavə təsirləri: Allergik reaksiyalar, mədə-bağırsaq traktının disfunksiyaları (ishal və ya diareya, meteorizm, qusma, qarın nahiyyəsində ağrılar), hiperkalsinemiya və hiperkalsiuriya (sidikdə və qanda kalsiumun miqdarının artması).
Saxlanma qaydası: Uşaqların əli çatmayan yerdə, 30ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
İstifadə müddəti: Qutunun və blisterlərin üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra qəbul olunmur.
Apteklərdən buraxılış qaydası:  Reseptsiz.
Buraxılış forması: № 30 tablet. Hər qutuda 10 tabletdən ibarət 3 blister olmaqla qablaşdırılır.
Məhsulun və əmtəə nişanının sahibi “WISE PHARMA”  LLP Böyük Britaniya.
İstehsalçı: «Gricar Chemicals» S.R.L İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …