Solidovit-B

B qrup vitamin kompleksi

TƏRKİBİ:
Vitamin B1 (tiamin) 5 mq
Vitamin B2 ( riboflavin) 5 mq
Vitamin B3 ( nikotin turşusu) 20 mq
Vitamin B5 (pantotenat) 10.5 mq
Vitamin B6 (piridoksin) 6 mq
Vitamin B9 ( fol turşusu) 400 mkq
Vitamin B12 (sianokobalamin) 9 mkq
Vitamin H (Biotin) 100 mkq

FARMAKOLOJİ QRUPU:  B qrup vitamin kompleksi

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:  B qrup vitamin defisitini aradan qaldıran preparat.
Vitamin B1 (tiamin hidroxlorid) – digər B qrupu vitaminlərlə birlikdə orqanizmdə, mərkəzi sinir sistemi sağlamlığını qorumaqda əhəmiyyətli rol oynayır. Karbohidrat,zülal və yag mübadiləsini tənzimləyir,sinapslarda sinir ötürücülüyündə iştirak edir. Karbohidratların enerji istehsalında, ürək və həzm sistemi əzələlərinin tonusunun qorunmasında böyük rolu vardır. Çatışmazlıgı mərkəzi və periferik sinir sisteminin  və ürək damar sisteminin   pozgunluguna səbəb olur.
Vitamin B2 (riboflavin) – hüceyrələrin inkişafı və bərpasında, oksidləşmə proseslərində iştirak edir. B2 triptofanın nikotin turşusuna çevrilməsi, digər vitaminlərin, xüsusilə piridoksin, fol turşusu və vitamin K-nın transformasiyası və aktivasiyası üçün lazımdır. Yağların, kortikosteroidlərin, eritrositlərin və qlikogenin metabolizmi üçün vacibdir.Goz,dəri agızın selikli qişasının tamlıgını qoruyur,sinir sisteminin fəaliyyətini normallaşdırır.
Vitamin B3 (PP, niasin, nikotin turşusu) – Hüceyrə metabolizmini aktivləşdirir,toxuma tənəffüsünü yaxşılaşdırır,böyrəküstü vəzi, sinir sistemi və qan sisteminin fəaliyyətində iştirak edir. Niasin yeganə vitamindir ki, hormonal fonun formalaşmasında rolu böyükdür: tiroksin, insulin, kortizon, testesteron, estrogen, progesteron,yağ və karbohidratların enerji sintezində iştirak edir. Vitamin B3 xolesterini azaldır, yeganə vitamindir ki, dərman kimi tədbiq olunur. Onun çatışmazlığı nəticəsində pellaqra və ya “3D xəstəliyi” – dermatit, diareya, dimensiya meydana çıxır.
Vitamin B5 (pantoten turşusu) –karbohidrat və yag turşularının mübadiləsində vacib olan koferment A-nın aktiv hissəsidir. Onsuz heç bir oksidləşmə və biosintez prosesləri getmir. Böyrəküstü vəzin hormonlarının sintezinin stimulyatorudur, anticisim sintezində iştirak edir. Neyrotrop vitamindir.
Vitamin B6 (piridoksin) – mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. İmmuniteti möhkəmləndirir, qanın laxtalanmasını azaldır, zülal, yag, karbohidrat mübadiləsində, eritrositlərin və hemoqlobinin sintezində iştirak edir, yaddaşı möhkəmləndirir, zehni və əmək fəaliyyətini artırır.
Vitamin B9 (Fol turşusu) – Amin və  nuklein turşularının sintezində iştrak edir. Qanyaradıcı orqanlarda toplanaraq qanyaranma  proseslərini stimulə edir, immun sistemini gücləndirir. Fol turşusu, həmçinin, meqablastın yetişməsində və normoblastın əmələ gəlməsində iştirak edən vacib elementdir. Fol turşusu qandakı homosistein deyilən damar sərtliyinin  quruluşçu maddəsini  azaldaraq  infarkt, iflic və ağıl itirmə riskini azaldır.Orqanizmdə tetrahidrofol turşusuna çevrilir ki,bu da purin və primidinlərin sintezi reaksiyalarının koenzimidir.
Vitamin B12 (siankobalamin) – immunomodulyator, allergiya əleyhinə, qanyaradıcı funksiya daşıyır, sinirlərin mielin qişasının əmələ gəlməsində iştirak edir, genetik materiallın (nuklein turşularının) sintezini təmin edir. Transmetilləşmə, metionin, nuklein turşuları və xolinin sintezində iştirak edir. MSS-nin fəaliyyətinə müsbət təsir göstərir, beyinin işini yaxşılaşdırır.
Vitamin H (biotin) – Saç ,dəri,selikli qişaların normal vəziyyətini təmin edir,maddələr mübadiləsini,metabolizm proseslərini aktivləşdirir ,sinir sisteminin normal fəaliyyətinə təsir edir, psixoloji funksiyaları yaxşılaşdırır.

GÖSTƏRİŞLƏR:

  • B qrup vitaminlərinin hipo- və avitaminozu
  • Müxtəlif mənşəli sinir sistemi xəstəliklərinin simptomatik və patogenetik kompleks müalicəsində: nevritlər, nevralgiyalar, parez və ifliclər, periferik sinirlərin travması, gecə əzələ qıcolmaları
  • Asteno – nevrotik sindrom, stress
  • Anemiyalar həmçinin hamilələrin anemiyası.
  • Bütün növ periferik ağrılar
  • Mialgiyalar
  • Oynaq xəstəlikləri: artrit, osteoartroz, revmatizm, revmatoidli artrit
  • Orqanizmin ümumi zəifləməsi halları
  • Xroniki yorgunluq sindromu
  • Müxtəlif mənşəli dermatit və dermatozlar

Əlavə təsirləri: Əsasən xəstələr tərəfindən yaxşı keçirilir, nadir hallarda allergik reaksiyalar verə bilər.
Əks göstərişlər: Preparatın komponentlərinə qarşı hiperhəssaslıq,12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər: Günlük dozanı artırmaq məsləhət deyil.
İstifadə qaydası: 14 yaşdan yuxarı 1 həb gündə 1 dəfə qida qəbulu zamanı və ya qida qəbulundan dərhal sonra  daxilə qəbul edilir.
Buraxılış forması: №30. Hər  qutuda 15 tabletdən ibarət 2 bilister olmaqla qablaşdırılır.
Aptekdən buraxılış qaydası: Reseptsiz.
Məhsulun və əmtəə nişanının sahibi “WISE PHARMA”  LLP – Böyük Britaniya.
İstehsalçı: “GRICAR CHEMICAL S.R.L”, İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …