Intescalm

Antasid, mədə turşuluğuna qarşı vasitə

TƏRKİBİ:

Hər iki tabletin tərkibində:

Kalium bikarbonat (Potassium bicarbonate) – 200 mnq
Natrium bikarbonat (Sodium bicarbonate) – 135 mq
Kalsium karbonat (Calcium carbonate) – 100 mq
Meşəlik əməköməcisi çiçəyinin/yarpağının quru ekstraktı (Malva sylvestris flower/leaf dry extract) – 100 mq

Köməkçi maddələr: Zəncəfil ekstraktı (aromatizator), Essensial zəncəfil yağı, Cirə və Süd dadlandırıcıları, Su.

FARMAKOTERAPEVTİK QRUPU:  Antasid, mədə turşuluğuna qarşı vasitə

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: İntescalm mədədə turşuluğun artması ilə bağlı baş verən qastroezofageal reflüks, mədə qıcqırması və dispepsiyanı mükəmməl şəkildə aradan qaldırır. İntescalm mədə turşuluğunu kontrol etməyə kömək edir, mədədə yanğı və turşuluqla bağlı ağrı hissini aradan qaldırır. Yüksək turşuluğu yaradan səbəbdən asılı olmayaraq effektiv təsir göstərir.  Tərkibindəki komponentlər mədə möhtəviyyatında sinergist təsir göstərirlər.
Alginat bəzi yosun növlərindən alınmış polisaxariddir. Mədənin turş mühiti ilə təmasda olaraq çox tez bir zamanda yüngül və yapışqan gel əmələ gətirərək mədənin selikli qişasını bürüyür. Bikarbonatlarla birlikdə gelin əmələ gəlmə prosesi daha da sürətlənir. Bundan başqa mədə möhtəviyyatında geləbənzər möhtəviyyatın olması qidanın geri hərəkətinin zəifləməsinə və beləliklə, refleks epizodlarının sayının azalmasına gətirir.
Karbonat və bikarbonatın kombinasiyası mədə turşuluğunu neytrallaşdırır. Həmçinin reaksiya nəticəsində əmələ gələn karbon qazı qabarcıqları alginat geli tərəfindən tutularaq mədə möhtəviyyatında üzən penoplasta bənzər kütləyə çevrilir.  Zəncəfil yağı həzmi yaxşılaşdırır, qəbizliyi aradan qaldırır,  həzm traktı əzələlərini boşaldır və mədənin müdafiə effektlərini gücləndirir.

GÖSTƏRİŞLƏRİ:

  • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (kəskinləşmə dövrü)
  • Kəskin və xroniki qasrtoduodenit
  • Qida borusunun diafraqmal yırtığı, reflüks-ezofagit
  • Yemek rejimini pozulması zamanı baş verən dispeptik pozğunluqların (qastralgiya, qıcqırma) müalicəsi
  • Bəzi dərman preparatlarının (QSİƏV, qlukokortikosteroidlər və s. ) əlavə təsirlərinin aradan qaldırılması məqsədilə

ƏKS GÖSTƏRİŞLƏR: İntescalmın güclü diareya zamanı.
ƏLAVƏ TƏSİRLƏRİ: Terapevtik dozalarda əlavə təsirləri müşahidə olunmayıb. Nadir hallarda ürəkbulanma və qəbizliklə müşayiət olunan individual hiperhəssaslıq mümkündür. Adətən 30 günlük terapiyadan sonra 5-7 gün fasilə verilməlidir və bu zaman  bu əlamətlər öz-özünə keçir, amma uzun müddət qalarsa həkimlə məsləhətləşmək lazımdır
DOZA HƏDDİNİN AŞILMASI: Məsləhət olunan doza həddini aşmaq olmaz, yüksək dozada istifadəsi qəbizlik və ya diareyaya səbəb ola bilər.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə istifadə dair əks göstəriş yoxdur.
PEDİATRİYADA İSTİFADƏSİ: 12 yaşa qədər uşaqlarda istifadə olunmur. 12-18 yaş arası yeniyetmələrdə istifadəsi həkim nəzarəti altında aparılmalıdır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA: Preparat oral istifadə üçün nəzərdə tutulub. Adətən yeməkdən sonra və yatmazdan qabaq hər dəfə ehtiyac olduqda qəbul olunur. 1 həftə qəbul etdikdən sonra mədə turşuluğu azalmırsa həkimlə məsləhətləşin.
SAXLANMA ŞƏRAİTİ: Uşaqların əli çatmayan, quru, işıq düşməyən yerdə, 15-250C temperaturda saxlanmalıdır.
BURAXILIŞ FORMASI:  №30 tablet
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “WISE PHARMA” LP – Böyük Britaniya
APTEKDƏN BURAXILMA QAYDASI: Reseptsiz buraxılır.

İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugheno (MB)

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …