Heraklin

Kişilərdə libidonu artıran vasitə

TƏRKİBİ: 1kapsulun tərkibinə daxildir:
L-arginin (L-arginine) 500 mq
İnozitol (İnositol) 30 mq
Jenşen kökü q.e. (Panax Ginseng) 50 mq
Likopen (Lycopene) 5 mq
Dihidrokversetin (Dihydroquertcetin) 20 mq
Vitamin E (DL-Alpha Tocopherol) 40 mq
Sink (Mənbə: Zinc Sulfate Monohydrate) 20 mq
Qara qoz meyvələrinin 10:1 q.e 20 mq
(Juglans nigra) std. 0.25% yuglon 15 mq
Selen (Mənbə: Sodium Selenite) 125 mkq

Köməkçi maddələr:
maqnezium stearat, arı mumu, günəbaxan lesitini, jelatin, qliserin, dəmir-dioksid.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Arginin – cinsi orqanların qan təchizadını gücləndirir, spermatogenezi stimulə edir. Arginin toxum mayesinin tərkibinə daxildir və buna görə də, kişilərdə sonsuzluğun kompleks müalicəsində geniş istifadə olunur. Həmçinin L-arginin orqanizmdə azot oksidi donorudur. Kişi cinsiyyət orqanlarının qan təchizatını artıraraq L-arginin  kişilərdə cinsi zəifliyi aradan qaldırır, potensiyanı artırır.
İnozitol – fermentlərin tərkibinə daxil olaraq, maddələr mübadiləsində iştirak edir, qanda xolesterinin səviyyəsini normada saxlayır. İnozitol aminturşu və zülal sintezini aktivləşdirməklə, hüceyrəvi proteksiyanı həyata keçirir, spermatogenezi stimullaşdırır və xolesterini hüceyrə dixilinə (həmçinin, cinsi hüceyrə) daşıyaraq mitoxondridə ATF enerjisinə çevirməklə hüceyrələrın enerji təminatını yaxşılaşdırır, spermatozoidlərin hərəkətliliyini artırır. İnozitol damar divarı kollagenin və elastinin sintezini stimulə etməklə onların möhkəmliyinin və elastikliyini artırır.
Jenşen – Bubitki qədim Çin təbabətində çox geniş istifadə olunurdu. Qədimdə bu bitki “ölümdən başqa bütün xəstəliklərin dərmanı” sayılırdı. Jenşen cavanlığı qoruyan, insanın ömrünü uzadan vasitə sayılırdı. Jenşenin köməyi ilə bir çox xəstəlikləri müalicə edirdilər – impotensiya, yuxusuzluq, ürək xəstəlikləri, müxtəlif yaralar və xoralar və s. Kişilər üçün jenşen xüsusilə xeyirlidir. Jenşen cinsi zəifliyiaradan qaldırmağa kömək edir, cinsi funksiyanı və spermoqrammanın nəticələrini yaxşılaşdırır. Məhz bu səbəbdən jenşen kişi sonsuzluğu, spermatogenezin (spermanın “istehsalı”) müxtəlif pozulmaları, impotensiya zamanı tez-tez istifadə olunur.
Likopen – Pomidor, qreypfrut, qarpız, itburnu, turp və digər qırmızı rəngli qidaların tərkibinə daxildir. Likopenin insan orqanizmindəki əsas rolu antioksidant effekti ilə bağlıdır. Orqanizmdə oksidləşdirici stressi azaldaraq hüceyrələrin zədələnməsinin qarşısını alır. Likopen orqanizmi xərçəngin bir çox növlərindən qoruyur. Müəyyən edilib ki, likopen prostat vəzin xərçəngi, həzm sistemi, döş və dəri xərçəngi xəstəliklərinə tutulma riskini 30-40% azaltmağa qadirdir.
Dihidrokversetin – antioksidant, kapillyaroprotektiv, dezintoksikasyon, ödeməleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Bütün orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Miokardın qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Dihidrokversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından qabaq qocalması prosesini tormozlayır.
Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir. Vitamin E avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.
Sink – immunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestosteronun sintezində iştirak edir). Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda cinsi funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzinin funsiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Qara qoz ekstraktı – Zəngin tərkibi sayəsində qara qoz ekstraktı bakterisid, fungisid, iltihabəleyhinə, protozoy əleyhinə, ümumi qüvvətləndirici, immunostimulyator, antioksidant, adaptogen və antikanserogen təsirlərə malikdir. Kişilərdə sidik-cinsiyyət sisteminin xroniki xəstəlikləri sistit, uretrit, pielonefrit və prostatitin müalicəsində effektivliyə malikdir.
Selen – insan orqanizmində müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin, selen spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir.

GÖSTƏRİŞLƏRİ:

  • Kişilərdə libidonun zəifləməsi, erektil disfunksiya
  • Kişi sonsuzluğu, spermatogenezin patologiyaları (astenozospermiya, oliqospermiya, oliqozoospermiya, nekrospermiya, teratospermiya, kriptospermiya)
  • Aneyakulyasiya və erkən eyakulyasiya
  • Cinsi inkişafdan qalmanı aradan qaldırmaq və boy artımını sürətləndirmək məqsədilə
  • Fiziki gücü bərpa etmək, əzələ kütləsini artırmaq və immunitetin gücləndirilməsi məqsədilə
  • Damar patologiyaları fonunda meydana çıxan xəstəliklər zamanı.
  • Prostat vəzinin hiperplaziya və adenoması
  • Kəskin və xroniki prostatit
  • Sidik ifrazının adenoma ilə bağlı funksional pozğunluğu
  • Genitourinar sisteminin xəstəlikləri (sistit, uretrit).
  • Kişilərdə cinsi yolla ötürülən xəstəliklərin kompleks müalicəsi.

ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq, 18 yaşa qədər şəxslər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri reaksiyaları, qusma və ürəkbulanma.
DOZA HƏDDİNİN AŞILMASI: aktivləşdirilmiş kömür qəbul etmək, simptomatik müalicə aparmaq.
İSTİFADƏ QAYDASI: 18 yaşdan yuxarı 1 kapsul sutkada 1 dəfə qəbul edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
BURAXLIŞ FORMASI: HERAKLIN №30 kapsul. Məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
SAXLANMA ŞƏRAİTİ: Quru,  temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “WISE PHARMA” LP – Böyük Britaniya
İSTEHSALÇI: PRİMEA LİMİTED, İngiltərə.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …