Solidofol

Meqaloblast anemiya, Fol turşusu və yod çatışmazlığını aradan qaldıran

TƏRKİBİ:
TƏRKİBİ:
Fol turşusu (vitamin B9 ) 400mkq
Vitamin B12 9mkq
Kalium Yodid (yod – 125 mkq) 164 mkq

FARMAKOLOJİ QRUPU: Meqaloblast anemiya, Fol turşusu və yod çatışmazlığını aradan qaldıran
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Vitamin B9 (Fol turşusu)-qan yaranmada, hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT-nin sintezində iştirak edir. Hemopoetik təsir göstərir. Orqanizmdə tetrahidrofol turşusuna çevrilir, bu da meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Purin və pirimidin mübadiləsində, nuklein turşularının sintezində, amin turşularının metabolizmində iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların proliferasiyası, qan yaranma prosesində və s. iştirak edir. Fol turşusu damara sərtlik verən homosistein maddəsini azaltmaqla yanaşı, iflic və  demensiya riskini də azaldır.
Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir. Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.
Vitamin B12 (Sianokobolamin)-orqanizmin normal fəaliyyəti üçün olduqca vacib olan vitamindir. Vitamin B12  eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin,Vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.Vitamin B12 qanyaranma proseslərində, sümük toxumasının əmələ gəlməsində və bərpasında, hüceyrələrin bölünmə prosesində yaxından iştirak edir. Vitamin B12 beyinin funksiyalarına və emosional vəziyyətinə böyük təsir edir, sinir sistemini mənfi təsirlərdən qoruyur. Həmçinin depressiyalarla mübarizə aparmağa yardımçı olur. Vitamin B12 sinir liflərini örtən xüsusi mielin qişasının əmələ gəlməsində iştirak edir. Mielin qişası dağıldıqda sinir impulslarının ötürülməsi prosesi pozulur ki, bunun nəticəsində insanda skleroz kimi ağır xəstəlik inkişaf edir. Hamiləlikdə vitamin B12 çatışmamazlığı qan hüceyrəsi sintezinin azalmasına səbəb olur. Sinir sistemində pozğunluqlara- qol və ayaqlarda hissiyatın azalmasına və keyləşmələrə, fəaliyyətsizliyə və unutqanlığa depressiyaya və baş ağrılarına səbəb olur. Həmçinin B12 vitamini turşuları və nükleoprotein metabolizmi üçün lazımlıdır. Böyrək qan sızmasını və qaraciyər xəstəliklərini önləyici xüsusiyyət var.
Yod – qalxanvari vəz üçün çox önəmli olan bu mikroelement olub, lazımı  hormonların istehsal prosesi üçün zəruridir. Çox hallarda, hamiləliyin gedişatı və dölün bətndaxili inkişafı qadın orqanizmində yodun miqdarından asılı olur. Bu dövrdə yod defisiti körpənin zehni inkişaf pozğunluqlarına səbəb olur. Yod defisiti endemik zob, kretinizm, hipotireoz kimi xəstəliklərə səbəb olur. Hamiləlik zamanı qadın orqanizminin yoda olan tələbatı artır və təxminən 250-300 mkq təşkil edir. Müqayisə edin – hamilə olmayan qadınlar üçün gündəlik norma 150-200 mkq təşkil edir. Bu səbəbdən hamilə qadın yodlaşdırılmış duzdan istifadə etməli, bu mineralla zəngin olan məhsulları öz rasionuna tez-tez daxil etməlidir.
Kalium yodid – Hamiləlik zamanı kalium yodid tiroid xəstəliklərinin müalicə və profilaktikası üçün əsas vasitədir.  Tiroid hormonları daxil olmaqla bir çox həyati funksiyaları yerinə yetirilməsində, oranizmdə zülalların, yağların, karbohidratların  enerji mübadiləsində, sinir və ürək-damar sistemi, genital və döş xərçəngi beyin fəaliyyəti, eləcə də uşağın inkişafının tənzimlənməsində böyük rol oynayır.

GÖSTƏRİŞLƏRİ:

  • Hamiləlik dövründə Fol turşusu hipo və avitaminozu.
  • Meqaloblast anemiya, leykopeniya.
  • Kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji faktorların təsiri nəticəsində yaranan anemiyalar.
  • Həzm traktı zədələnmələrində sona.
  • Uzunmüddətli epilepsiya əleyhinə praparatların qəbulundan sonra.
  • Hamiləlik zamanı tiroid hormonlarının tənzimlənməsində.
  • Dölün sinir sisteminin formalaşmasında.
  • Dölün zehni inkişafının formalaşmasında.
  • Hamiləlik düşükləri və döl eybəcərliklərinin qarşısının alınmasında.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, dispeptik hallar.
ƏKS GÖSTƏRİŞİ: Preparatın komponentlərinə qarşı hiperhəssaslıq
DOZALANMA: Gün ərzində 1 tabletdən 1-2 dəfə daxilə qəbul olunur.
BURAXILIŞ FORMASI:  № 30. 15 tabletdən ibarət 2 blister olmaqla məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ “WISE PHARMA” LLP – Böyük Britaniya.
İSTEHSALÇI: «Gricar Chemicals» S.R.L – İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …